Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Şəfa Hüseynli
Ermənistanın Baş naziri Nikol Paşinyan və 8-ci Avropa Siyasi Birliyi (EPC) sammitində iştirak etmək üçün İrəvanda olan Böyük Britaniyanın Baş naziri Kir Starmer strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyan özünün "Telegram" kanalında yazıb.
“Kir Starmer və mən Ermənistan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə mübadiləsi apardıq”. - Paşinyan qeyd edib.