İran Birləşmiş Ərəb Əmirliklərinə raket hücum edib - YENİLƏNİB
Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan atılan 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Operativ Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X"də məlumat yayıb.
19:29
İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.
BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.