Menyu

Donald Tramp: ABŞ ələ keçirilmiş İran neftinin böyük hissəsini müsadirə edib

Operativ Media
Donald Tramp: ABŞ ələ keçirilmiş İran neftinin böyük hissəsini müsadirə edib

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Birləşmiş Ştatların Hind okeanında ələ keçirilmiş İran tankerlərindəki neftin böyük hissəsini müsadirə etdiyini bəyan edib.

Operativ Media xəbər verir ki, "Salem News Channel" telekanalına verdiyi müsahibədə bu məsələyə toxunan Tramp bildirib ki, həmin neftin böyük hissəsi artıq Birləşmiş Ştatlara daxil olur. Mayın 1-də Floridanın Uest-Palm-Biç şəhərində yerli "Forum" klubunun üzvləri qarşısında çıxış edən Tramp etiraf edib ki, Amerika hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən özlərini dəniz quldurları kimi aparırlar.

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-ın "Majestic" və "Tifani" adlı iki kommersiya gəmisini ələ keçirməklə və 3,8 milyon barel nefti mənimsəməklə təcavüz aktı və dövlət piratlığı törətdiyini bildirib. Tehran ABŞ-ın bu hərəkətlərini BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir və Təhlükəsizlik Şurasından lazımi tədbirlər görməyi tələb edir. İran tərəfi vurğulayıb ki, beynəlxalq hüquqa uyğun olaraq bu cür özbaşına hərəkətlərə qarşı müqavimət göstərmək hüququnu özündə saxlayır.

Əlaqəli Xəbərlər