Tramp: İranın zənginləşdirilmiş uran ehtiyatları artıq istifadəyə yararsızdır
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının artıq böyük dəyər kəsb etmədiyini və çox güman ki, istifadə üçün yararsız olduğunu iddia edib.
Operativ Media xəbər verir ki, "Salem News" telekanalına verdiyi müsahibədə Amerika lideri bildirib ki, bu uran dəyər baxımından o qədər də maraqlı deyil, ehtimal ki, ondan istifadə etmək mümkün deyil və bəlkə də onlar bu ehtiyatlara çıxış əldə edə bilmirlər.
Bununla belə, o, Birləşmiş Ştatların hər bir halda həmin zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını ələ keçirmək istədiyini bəyan edib. Bundan əlavə, Amerika lideri Tehranın öz raket proqramına məhdudiyyətlər tətbiq etməli olacağını da vurğulayıb.