Menyu

"Tasnim": ABŞ Hörmüz boğazında mülki yük daşıyan gəmilərə hücum edib

Operativ Media
"Tasnim": ABŞ Hörmüz boğazında mülki yük daşıyan gəmilərə hücum edib

ABŞ-nin Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində azı beş nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahıllərinə doğru hərəkət edirmiş. Hadisə barədə təfərrüatlar ABŞ-nin bir neçə İran katerini batırması ilə bağlı xəbərlərin yoxlanılmasından sonra məlum olub.

Bundan əvvəl "Associated Press" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən məlumat yaymışdı ki, ABŞ-ın hərbi helikopterləri Hörmüz boğazında İranın altı kiçik katerini batırıb. İran bu iddiaları təkzib edərək bəyan edib ki, mayın 4-də İran Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir üzücü vasitə ABŞ tərəfindən batırılmayıb.

Əlaqəli Xəbərlər