Menyu

Özbəkistanın xarici ticarət dövriyyəsi birinci rübdə 18 milyard dollara çatıb

Şəfa Hüseynli
Özbəkistanın xarici ticarət dövriyyəsi birinci rübdə 18 milyard dollara çatıb

2026-cı ilin yanvar-mart aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% artım deməkdir.

İxrac 29,3% azalaraq 5,8 milyard dollar, idxal isə 30,8% artaraq 12,2 milyard dollar təşkil edib.

Hesabat dövründə Özbəkistan dünyanın 170-dən çox ölkəsi ilə ticarət əlaqələri aparıb.

Özbəkistanın xarici ticarət dövriyyəsinin ən böyük payı Çin (25,6%), Rusiya (18,2%), Qazaxıstan (7,2%), Türkiyə (3,6%) və Əfqanıstan (2,8%) ilə qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər