Menyu

Avropa Siyasi Birliyinin Zirvə toplantısı: İlham Əliyevin əsas mesajları - TƏHLİL

Operativ Media
Avropa Siyasi Birliyinin Zirvə toplantısı: İlham Əliyevin əsas mesajları - TƏHLİL

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, bir neçə əsas mesaj üstündə qurulmuşdur.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, çıxışda Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunulub:

"Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması isitqamətində ciddi addımların atıldığı, bu günədək Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün çatdırıldığı və 12 min ton neft məhsullarının ixrac olunduğu bildirilib.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu ticarət münasibətlərinin başlanması deməkdir.

Daha sonra, Prezident çıxışında Avropa Parlamentini Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməyə yönələn addımlar atdığını bildirdi və AP-ni sərt tənqid etdi.

Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli və təxribat xarakteri daşıyan fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb.

Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyətləri yoxdur. Bu da aydın görünür ki, bütün cəhd və təxribatlara baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın torpaqlarını azad etməsi, müstəqil siyasət həyata keçirməsi onları ciddi narahat edir.

Qeyd etmək istəyirəm ki, Avropa Parlamenti Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır. Bu təxribatlar, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli siyasətə təsir göstərə bilməz”.

Deputat Aydın Mirzəzadə isə bildirib ki, Prezident İlham Əliyev video bağlantıda aktual məsələlərə toxunub:

"Birincisi, Azərbaycan və Ermənistan artıq doqquz aydır sülh şəraitində yaşaması vacib olan bir mərhələdədir. Bu özü göstərir ki, beynəlxalq hüquq əsas götürülməklə, ölkələrin ərazi bütövlüyü və suverenliyi təmin olunmaqla bir çox problemləri həll etmək mümkündür.

Digər tərəfdən, Azərbaycan və Ermənistan bu gün sülhə çox yaxındırlar. Praktik addımlar artıq hüquqi sülhə yaxınlaşmanı göstərir. Bir çox praktik addımlar atılıb və bundan sonra da onlar ediləcəkdir. Ermənistan Baş nazirinin gələn il Bakıda keçirilən Avropa Siyasi Birliyi toplantısında iştirak etmək istəyi də göstərir ki, Ermənistan konstitusiya dəyişikliyi məsələsini çox ciddi şəkildə nəzərdən keçirir.

Cənab Prezidentimizin bəzi Avropa qurumlarının Azərbaycanla bağlı ədalətsiz mövqe tutması məsələsinə toxunması da düzgündür. Avropa Şurası Parlament Assambleyası səlahiyyətindən kənara çıxaraq Azərbaycan nümayəndə heyəti ilə bağlı düzgün olmayan qərar qəbul etmiş və bu da Azərbaycan–Avropa münasibətlərini dondurmuşdu. Avropa Parlamenti isə Azərbaycanla bağlı son dövrlərdə ard-arda çox sayda qətnamələr qəbul etməklə qərəzli mövqe nümayiş etdirib.

Azərbaycanda gedən demokratik dəyişiklikləri qiymətləndirməkdənsə, Azərbaycan–Ermənistan sülh prosesinə dəstək verməkdənsə, bir qayda olaraq Azərbaycan layiq olmadığı məsələlər üzrə ittiham edilir, ölkənin daxili işlərinə müdaxilə olunur və bu da Azərbaycan–Avropa Parlamenti əlaqələrinin kəsilməsinə səbəb olur.

İrəvana gəldikdə isə, İrəvanda keçirilən konfrans cənab Prezidentin çıxışına böyük maraq göstərdi. Konfransdan sonra İtaliyanın Baş nazirinin Azərbaycana səfəri də Avropanın bir çox ölkələrinin Azərbaycanla münasibətlərə yüksək qiymət verdiyini nümayiş etdirdi”.

Əlaqəli Xəbərlər