BMT Təhlükəsizlik Şurası BƏƏ-yə endirilən zərbələrlə bağlı iclas keçirəcək
Operativ Media
BMT Təhlükəsizlik Şurası BƏƏ-yə edilən son hücumlarla əlaqədar qapalı iclas keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" mənbəyə istinadən məlumat verib.
İclas mayın 6-da baş tutacaq.
Qeyd edək ki, Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan atılan 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.