Tramp: İranın iqtisadiyyatı çökəcək
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının böhran vəziyyətinə düşməsinə hazır olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Ümid edirəm ki, İranın iqtisadiyyatı çökəcək, çünki mən qalib gəlmək istəyirəm", - o deyib.
O, ölkənin iqtisadi vəziyyətinin son dərəcə ağır olduğunu söyləyib.
"Onların valyutasının heç bir dəyəri yoxdur. İnflyasiya yəqin ki, 150 %-dir... onlar öz əsgərlərinə maaş verə bilmirlər. Pulun heç bir dəyəri yoxdur", - o əlavə edib.
Bununla yanaşı, Tramp İranın razılaşma əldə etmək istədiyini vurğulayıb.