Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb
Operativ Media
Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinin mərkəzinə 3 fuqas aviasiya bombası atıb, nəticədə 5 nəfər həlak olub, daha 5-i yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
O bildirib ki, Kramatorskda xilasetmə əməliyyatı davam edir.
“Yaxınlarını itirən ailələrə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər”, – deyə o vurğulayıb.
Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin isə qeyd edib ki, hadisə yerində polis və xilasedicilər, kommunal və tibbi xidmət əməkdaşları çalışırlar.