Menyu

Sergey Lavrov ABŞ dövlət katibi ilə Rusiya-ABŞ münasibətlərini müzakirə edib

Operativ Media
Sergey Lavrov ABŞ dövlət katibi ilə Rusiya-ABŞ münasibətlərini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı dünyadakı mövcud vəziyyəti və Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. XİN rəhbərləri beynəlxalq məsələlərdə və Rusiya-ABŞ münasibətlərində mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar, həmçinin ikitərəfli təmasların qrafikini müzakirə ediblər", - XİN-dən bildirilib.

Bəyanatda qeyd olunub ki, söhbət konstruktiv və işgüzar xarakter daşıyıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər