Menyu

Rusiya Zaporojyeyə zərbələr endirib

Operativ Media
Rusiya Zaporojyeyə zərbələr endirib

Rusiya ordusu Zaporojyeyə 4 idarəolunan aviasiya bombası və dronlarla hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Bildirilib ki, ölənlərin sayı 12-yə çatıb,16 nəfər yaralanıb.

Hadisə yerlərində bütün operativ xidmətlər fəaliyyət göstərir, qəza-xilasetmə işləri davam edir.

Zaporojye vilayəti üzrə Milli Polisin teleqram kanalında verilən məlumata görə, Rusiya ordusunun vilayət mərkəzinin yaşayış rayonuna idarəolunan aviasiya bombaları ilə zərbələr endirməsi nəticəsində infrastruktur obyektləri, texniki xidmət stansiyaları və avtomobilyuma məntəqələri zərər görüb.

Əlaqəli Xəbərlər