Yaponiyada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər xəsarət alıb
Şəfa Hüseynli
Yaponiyanın Fukuşima prefekturasında məktəbliləri daşıyan mikroavtobus da daxil olmaqla bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya İctimai Yayımının məlumatında bildirilir.
Polisin məlumatına görə, hadisə İnavaşiro kəndi yaxınlığında baş verib. Bildirilib ki, bir şagird ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.