Hindistan şirkətləri ABŞ-yə təxminən 20,5 milyard dollar investisiya qoymağı planlaşdırır
Şəfa Hüseynli
Hindistan şirkətləri ABŞ-nin müxtəlif sənaye sahələrinə 20,5 milyard dollar investisiya qoymaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Yeni Dehlidəki səfiri Sercio Qor bildirib.
Diplomat yazıb: "Hindistan şirkətləri texnologiya, istehsal və əczaçılıq da daxil olmaqla müxtəlif sektorlara 20,5 milyard dollardan çox investisiya qoymağı planlaşdırırlar".
“Bunlara bu gün 1,1 milyard dollarlıq investisiya elan edən 12 şirkət daxildir”, - deyə o bildirib.