Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli bir razılaşma əldə etməyə hazırdır
Operativ Media
İran rəhbərliyi münaqişənin nizamlanması məsələsində ABŞ ilə "ədalətli saziş" bağlamağa hazırdır.
Operativ Media ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Van Yİ ilə görüşündə bildirib.
"Biz yalnız ədalətli və hərtərəfli sazişi qəbul edəcəyik", deyə o, qeyd edib.
Əraqçi vurğulayıb ki, ABŞ-nin başlatdığı müharibə beynəlxalq hüququn aşkar pozulması hesab olunur və İran Amerika tərəfi ilə danışıqlarda öz hüquq və mənafelərini qorumaq üçün bütün səylərini göstərəcək.
İran XİN rəhbəri Pekinin beynəlxalq arenadakı mövqeyini, həmçinin ABŞ və İsrailin hərəkətlərini pisləməsini müsbət qiymətləndirib. Əraqçinin qənaətinə görə, mövcud şəraitdə İslam Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq inkişaf etməkdə davam edəcək.