Norveç Ukraynaya hərbi yardım üçün 302 milyon dollar ayırıb
Operativ Media
Norveç hökuməti PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım göstərilməsi üçün 302 milyon dollar vəsait ayırıb.
Bu barədə Operativ Media Norveç hökumətinin yaydığı press-relizə istinadən məlumat verib.
"Hazırda Norveç PURL mexanizmi vasitəsilə Ukraynaya təxminən 2,8 milyard Norveç kronu (təxminən 302 milyon dollar) təqdim edəcək. Ümumilikdə isə Norveç PURL proqramı çərçivəsində 12,5 milyard Norveç kronundan (təxminən 1,3 milyard dollar) çox vəsait ayırıb", – deyə məlumatda bildirilir.