Avstraliya yanacaq ehtiyatlarını artırmaq üçün 7,25 milyard dollardan çox vəsait xərcləyəcək
Şəfa Hüseynli
Avstraliyanın Baş naziri Entoni Albanese ölkəni mövcud enerji böhranının təsirlərindən qorumaq üçün yanacaq ehtiyatlarının artırılmasına 10 milyard Avstraliya dollarından (təxminən 7,25 milyard ABŞ dolları) çox vəsait ayırmaq planlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat verib.
Bildirilib ki, paketə yanacaq şirkətlərinə daha çox enerji ehtiyatı almaq və yığmaq imkanı vermək üçün maliyyələşdirmə kreditləri və sığorta daxildir. Planlarda hökumətin 1 milyard litr dizel və aviasiya yanacağından ibarət təcili yanacaq ehtiyatının yaradılması nəzərdə tutulur.
Hazırda Avstraliyadakı idxalçılar və neft emalı zavodlarından 20-32 günə kifayət edəcək təcili yanacaq ehtiyatı saxlamaq tələb olunur.