Livanda İsrailin hava hücumu nəticəsində 4 nəfər ölüb
Şəfa Hüseynli
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın hava məkanına daxil olaraq Zelaya şəhərinə hücum edərək dörd mülki şəxsin ölümünə səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Bəyanatda deyilir: "Israil təyyarələri günün birinci yarısında Qərbi Bekaa bölgəsində yerləşən Zelaya şəhərinə zərbə endirib. İki qadın da daxil olmaqla dörd nəfər həlak olub, beş nəfər yaralanıb."
Bildirilib ki, hücum zamanı şəhər meri Qasım Əhmədin evi dağıdılıb və onunla birlikdə ailəsinin üç üzvü öldürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net