Menyu

KİV: Ərdoğan Makronun Ermənistan quru sərhədi ilə Türkiyəyə keçidinə icazə verməyib

Operativ Media
KİV: Ərdoğan Makronun Ermənistan quru sərhədi ilə Türkiyəyə keçidinə icazə verməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" teleqram kanalı yazıb.

Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı.

Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər