Eyal Zamir: İsrail İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa etməyə hazırdır
Operativ Media
İsrail ordusu Tehrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etməyə hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İQQ) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
O bildirib ki, İsrail ordusu yüksək hazırlıq vəziyyətindəri.
"Biz qələbələrimizi dərinləşdirəcək və İran rejimini daha da zəiflədəcək güclü və genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimizi müəyyən etmişik" - Qərargah rəisi qeyd edib.
Zamirin sözlərinə görə, İsrailin birdən çox cəbhədə əməliyyat vasitəsilə regional reallığı dəyişdirmək üçün tarixi bir fürsəti var.
O qeyd edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya davam edir.