Fransanın keçmiş prezidenti şərti azadlığa buraxılıb
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasına həddindən artıq xərcləmə ilə bağlı iş üzrə cəzasını çəkdikdən sonra şərti azadlığa buraxılıb.
Operativ Media xəbər verir ki, bu barədə "RTL" radiostansiyası Paris Apelyasiya Məhkəməsinə istinadən məlumat yayıb.
Məhkəmə Sarkozinin yüngül cəza tələbini təmin edib.
Nəticədə, keçmiş prezident bu iş üzrə altı aylıq cəzasını çəkərkən taxmalı olduğu elektron qolbağı artıq taxmayacaq.
Qeyd edək ki, o, 2007-ci ildən 2012-ci ilə qədər prezident vəzifəsini icra edib.
2024-cü ilin fevral ayında Paris Apelyasiya Məhkəməsi Sarkozini 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahkar bilib və onu bir il həbs cəzasına məhkum edib, bunun altı ayı çəkilib və altı ayı təxirə salınıb.