Menyu

Parlamentlərarası İttifaqın Baş katibi “Azərkosmos”u və Şamaxı Cümə Məscidini ziyarət edib

Operativ Media
Parlamentlərarası İttifaqın Baş katibi “Azərkosmos”u və Şamaxı Cümə Məscidini ziyarət edib

Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.

Operativ Media xəbər verir ki, əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub. Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.

Sonra Şamaxıya gələn Baş katib rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonaq bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımdan əhəmiyyəti barədə məlumatlandırılıb.

Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub. PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər