Türkiyənin müdafiə sənayesinin quru nəqliyyat vasitələri istehsalçılarından biri olan BMC təhlükəsizlik qüvvələri üçün hazırlanmış zirehsiz "PAMİR 4x4" Yük və şəxsi heyət daşıyıcısını təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə ''TRT Haber" məlumat yayıb.
Bildirilib ki, 1500 at gücünə malik BATU mühərriki NATO sınaqlarından keçib və kütləvi istehsal mərhələsinə çatıb.
BMC sədri Fuat Tosyalı sərgidə ilk dəfə nümayiş etdirilən "PAMİR 4x4" nəqliyyat vasitəsinin təhvil verilməyə hazır olduğunu bildirib.