Menyu

Latviya Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın gələcəkdə imzalanmalıdır

Operativ Media
Latviya Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın gələcəkdə imzalanmalıdır

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Operativ Media Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, İrəvanda Ermənistanın yüksək vəzifəli şəxsləri ilə görüşlərində bildirib.

"Latviya ürəkdən ümid edir ki, yaxın gələcəkdə hərtərəfli və davamlı sülh sazişi bağlanacaq", - o bildirib.

Rinkeviçs, həmçinin Ermənistanla ikitərəfli əməkdaşlığa toxunaraq Latviyanın münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib:

"Biz onları dərinləşdirmək və genişləndirmək istəyirik, bu da müntəzəm siyasi dialoqda və praktiki əməkdaşlıqda öz əksini tapacaq".

Latviya Prezidenti İrəvanın Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyinə Riqanın qətiyyətli dəstəyini təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər