Menyu

SEPAH ABŞ-yə qarşı Hörmüz boğazında genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb

Operativ Media
SEPAH ABŞ-yə qarşı Hörmüz boğazında genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Operativ Media İran mediasına istinadən xəbər verir ki, bu məlumat SEPAH-ın bəyanatında yer alıb.

"Atəşkəsin pozulmasına və ABŞ ordusunun Cask limanı ərazisində İranın neft tankerinə hücumuna, həmçinin Amerika esmineslərinin Hörmüz boğazına yaxınlaşmasına cavab olaraq, müxtəlif ballistik və gəmi əleyhinə qanadlı raketlərdən, eləcə də zərbə dronlarından istifadə edilməklə genişmiqyaslı və dəqiq kombinə edilmiş əməliyyat keçirilib", - bəyanatda bildirilib və güclü döyüş başlıqlarından istifadə edilərək esmineslərin atəşə tutulduğu vurğulanıb.

SEPAH-dan bildirilib ki, bu hücumlar ABŞ ordusunda itkilərə səbəb olub:

"Kəşfiyyat məlumatları amerikalılar arasında əhəmiyyətli itkilərin olduğunu göstərir və üç düşmən gəmisi Hörmüz boğazı ərazisini sürətlə tərk edib".

Qeyd edək ki, daha əvvəl İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahı da ABŞ-nin son hücumları və İslam Respublikasının cavab zərbələri barədə bəyanat yayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər