İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb
Operativ Media
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən və “Hizbullah”ın əsas dayaq məntəqələrindən hesab olunan yaşayış məntəqələrinə bir sıra hava zərbələri endirib. Hücumlar nəticəsində azı doqquz nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Tir rayonunun Habbuş kəndinə endirilən hava zərbəsi nəticəsində beş livanlı həlak olub. Nəbatiyə əyalətinin Duveyr şəhərində isə üç nəfər ölüb, daha 19 nəfər yaralanıb.