Menyu

Çində pirotexnika zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Şəfa Hüseynli
Çində pirotexnika zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Mayın 4-də Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 37 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bir nəfər itkin düşüb. Əlli bir nəfər xəstəxanada tibbi yardım alır, onlardan beşinin vəziyyəti ağırdır.

Xatırladaq ki, mayın 4-də Hunan əyalətinin Liuyanq şəhərindəki fabrikdə partlayış baş verib. Partlayış dalğası fabrikdən 300-400 metr radiusda yerləşən binalara ziyan vurub. Çin prezidenti Si Cinpin ölkə üzrə istehsal müəssisələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülməsini, zərərçəkənlərə bütün lazımi yardımın göstərilməsini, hadisənin səbəbinin təcili olaraq müəyyən edilməsini və hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı göstəriş verib.

Əlaqəli Xəbərlər