Menyu

Ukrayna “Gripen” qırıcılarının alınması ilə bağlı İsveçlə danışıqlar aparır

Operativ Media
Ukrayna “Gripen” qırıcılarının alınması ilə bağlı İsveçlə danışıqlar aparır

Ukrayna uzaqmənzilli raketlərlə təchiz olunmuş 150-dək “Gripen” qırıcısının alınması ilə bağlı İsveçlə danışıqlar aparır.

Operativ Media xəbər verir ki, bu barədə ''Reuters" məlumat yayıb.

Ukraynanın müdafiə naziri Mixail Fedorovun açıqlamalarına görə, bu təyyarələr Rusiya ilə müharibənin gedişatına ciddi təsir göstərə və Ukrayna qüvvələrinin həm də hava zərbələrindən müdafiəsini gücləndirə bilər.

İsveçin müdafiə naziri Pal Conson bildirib ki, bu il və gələn il Ukraynaya yardım üçün hökumət büdcəsində ayrılan 80 milyard İsveç kronunun (8,70 milyard dollar) bir hissəsi müqavilənin maliyyələşdirilməsinə kömək edə bilər.

Əlaqəli Xəbərlər