Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində heyət üzvü xəsarət almayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin münaqişə nəticəsində çox sayda gəmi və heyət üzvünün təsirləndiyindən və boğazda qaldığından dərin narahatlıq keçirir.
Çin tərəfi hesab edir ki, boğazda maneəsiz naviqasiyanı mümkün qədər tez bərpa etmək, mülki gəmilərin, heyətlərin təhlükəsizliyini qorumaq region ölkələrinin və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət edir.