İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində üç nəfər həlak olub
Şəfa Hüseynli
İndoneziyanın şərqindəki Halmahera adasında Dukono vulkanının püskürməsi nəticəsində üç nəfər ölüb, təxminən 20 nəfər dağın yamacında qalıb.
Operativ Media xəbər verir ki, bu barədə yerli "Detik" xəbər agentliyi polisin açıqlamasına istinadən məlumat verib.
"Üç nəfər ölüb. Bunlardan ikisi Sinqapur vətəndaşı, biri isə yerli sakindir", - polis bildirib.
Həmçinin beş alpinist yaralanıb. Xilasetmə xidmətləri hazırda həmin bölgəni təxliyə edir.
"France-Presse" agentliyi xilasetmə xidmətlərinə istinadən bildirib ki, Dukono vulkanının püskürməsi nəticəsində doqquz Sinqapur vətəndaşı da daxil olmaqla 20 turist itkin düşüb.