Menyu

ÜST: Hantavirusun əhali üçün təhlükə səviyyəsi olduqca aşağıdır

Operativ Media
ÜST: Hantavirusun əhali üçün təhlükə səviyyəsi olduqca aşağıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusun əhali üçün təhlükə səviyyəsinin hazırda olduqca aşağı olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, bunu ÜST nümayəndəsi Kristian Lindmeyer jurnalistlərə açıqlamasında bildirib.

Qurumun məlumatına görə, virusa yoluxaraq həyatını itirən qadınla birbaşa təmasda olmuş stüardessanın test nəticəsi mənfi çıxıb.

Kristian Lindmeyer qeyd edib ki, insanlar arasında yayıla bildiyi məlum olan yeganə hantavirus növü olan “Andes virusu”nun ötürülməsi üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur.

“Bu, hər kəsi inandırmalıdır ki, bu virus təhlükəlidir, lakin əsasən yoluxmuş şəxslər üçün risk yaradır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ÜST rəsmisinin açıqlaması “MV Hondius” kruiz gəmisi ilə əlaqələndirilən hantavirusun yayılması fonunda verilib. Gəmidə bir neçə yoluxma və üç ölüm halının qeydə alındığı bildirilir.

Əlaqəli Xəbərlər