Menyu

Pentaqon UFO ilə bağlı məxfi arxiv materiallarını yayımlayıb

Operativ Media
Pentaqon UFO ilə bağlı məxfi arxiv materiallarını yayımlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri uçan naməlum obyektlərlə (UFO) bağlı indiyədək məxfi saxlanılan arxiv materiallarını ictimailəşdirib.

Operativ Media xəbər verir ki, arxiv sənədləri və videogörüntülər Pentaqonun rəsmi saytında dərc olunub.

Məxfilikdən çıxarılan materialların ilk hissəsinə Apollo 17 Moon Landing missiyasının arxiv görüntüləri, 2025–2026-cı illərə aid yeni hərbi müşahidələr, eləcə də bir sıra müəmmalı hadisələr daxil edilib.

Topluda 2023-cü ilin oktyabrında Birləşmiş Ərəb Əmirlikləri səmasında qeydə alınmış və “həlli tapılmamış hadisə” kimi təsnif edilən insidentin videosu da yer alıb. Pentaqonun yayımladığı görüntülərdə gecə səmasında hərbi müşahidə vasitələri tərəfindən qeydə alınmış, nizamsız hərəkət edən parlaq obyekt görünür. Təsvir qeydlərində obyektin mənşəyini və xüsusiyyətlərini müəyyən etməyin mümkün olmadığı vurğulanır.

ABŞ Prezidenti Donald Tramp hələ aprelin sonunda bu məlumatların açıqlanacağını bəyan etmişdi.

O bildirib ki, son dövrlərdə UFO mövzusunu belə hadisələri müşahidə etdiyini deyən amerikalı hərbi pilotlarla da müzakirə edib. Donald Trampın sözlərinə görə, pilotlar inanılması çətin olan hadisələrlə qarşılaşdıqlarını bildiriblər.


Əlaqəli Xəbərlər