Pezeşkian: İranın məqsədi münasibətləri qarşılıqlı hörmət çərçivəsində inkişaf etdirməkdir
Operativ Media
"İranın əsas siyasəti qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində dostluq münasibətlərini inkişaf etdirməkdir".
Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Müstəmləkəçi ideologiyanın gələcək dünyamızda yeri yoxdur. İranın əsas siyasəti qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində dostluq münasibətlərini inkişaf etdirməkdir. Xalqımız tarixən tolerant olub və hər zaman zülmə qarşı mübarizə aparıb", - paylaşımda qeyd edilib.