Türkiyə prezidenti BƏƏ lideri Əl Nəhyan ilə telefonla danışıb
Şəfa Hüseynli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə və digər məsələlər müzakirə olunub. Həmçinin, ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub.