Menyu

Uşakov: Putinin Zelenski ilə görüşməyə hazır olması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır

Operativ Media
Uşakov: Putinin Zelenski ilə görüşməyə hazır olması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vladimir Putin dəfələrlə qeyd edib ki, Zelenski istədiyi halda Moskvaya zəng edə bilər və Rusiya tərəfi onu qəbul edərək danışıqlar aparmağa hazırdır.

Uşakov, həmçinin Robert Fikonun Kiyevdən çatdırdığı siqnalları köhnə və təkrarlanan adlandırıb.

“Bu mesajlar Tramp da daxil olmaqla bir çox insan vasitəsilə ötürülüb”, - deyə o bildirib.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər