Menyu

Muxtar Babayev BMT nümayəndəsilə su ehtiyatlarının dayanıqlı idarə edilməsini müzakirə edib

Operativ Media
Muxtar Babayev BMT nümayəndəsilə su ehtiyatlarının dayanıqlı idarə edilməsini müzakirə edib

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayatla görüşüb.

Operativ Media xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Su ehtiyatlarının dayanıqlı idarə edilməsi, o cümlədən müştərək su hövzələrində, eləcə də su, kənd təsərrüfatı və iqlimə davamlılığı əlaqələndirən inteqrasiya edilmiş yanaşmaların artan əhəmiyyəti barədə fikir mübadiləsi apardıq", - o bildirib.

M. Babayev qeyd edib ki, həmçinin iqlimə uyğunlaşma səylərinin, dayanıqlı su idarəçiliyinin və iqlimlə bağlı artan çağırışlara cavab verilməsində regional əməkdaşlığın dəstəklənməsi istiqamətində FAO ilə əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə edilib.

Əlaqəli Xəbərlər