Menyu

Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb

Operativ Media
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb

Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb

Operativ Media xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı yazdığı məqalədə öz əksini tapıb.

S. Əliyeva qeyd edib ki, sözügedən yanaşma Azərbaycanın hüquqi inkişaf strategiyasının əsasını təşkil edib və bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir:

"Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda qanunun aliliyinin təmin olunması, hüquq sisteminin müasirləşdirilməsi və insan hüquqlarının qorunması istiqamətində fundamental addımlar atılmışdır. Xüsusilə müstəqillik dövründə qəbul edilən Konstitusiya və bir sıra mühüm qanunvericilik aktları ölkəmizdə demokratik idarəetmənin və hüquqi mexanizmlərin formalaşmasına güclü təkan vermişdir".

O həmçinin vurğulayıb ki, Heydər Əliyevin irsi fikir və söz azadlığının təmininə, eyni zamanda, yaşamaq hüququ kimi fundamental hüquqi dəyərin qorunmasına böyük töhfə verib, mətbuat üzərində senzuranın ləğvi və ölüm hökmünün aradan qaldırılması bu hüquqların qorunmasına xidmət edib.

Əlaqəli Xəbərlər