Menyu

Xamenei təhlükəsizlik müşavirəsi keçirib

Operativ Media
Xamenei təhlükəsizlik müşavirəsi keçirib

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei təhlükəsizlik müşavirəsi keçirib.

Operativ Media xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

İclas zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Abdullahi Ali Rəhbərə ordunun vəziyyəti barədə məruzə edib.

General bildirib ki, ordunun bütün qolları həm müdafiə, həm də hücum əməliyyatlarının həyata keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Müşavirədə İrana qarşı yönələn təhdidlər müzakirə olunub və xarici qüvvələrə sərt mesaj ünvanlanıb. Vurğulanıb ki, ABŞ və İsrail tərəfindən atılacaq hər hansı düşmən addımı Tehranın dərhal və adekvat cavabı ilə nəticələnəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər