Ana səhifə / Siyasət / İran ABŞ-nin sülh təşəbbüsünə cavab göndərib İran ABŞ-nin sülh təşəbbüsünə cavab göndərib 10.05.2026, 19:26 Operativ Media İran ABŞ-nin sülh təşəbbüsünə rəsmi cavab göndərib.Operativ Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.Bildirilib ki, Tehran hökuməti irəli sürülən və davam edən münaqişəyə son qoymağı nəzərdə tutan təklifə rəsmi cavabını təqdim edib.Məlumata görə, cavab məktubu pakistanlı vasitəçilər vasitəsilə çatdırılıb.Şahbaz Şərif İranın müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təklifinə cavab verdiyini təsdiqləyib.Pakistan Baş naziri bildirib ki, bu barədə ona Asim Munir məlumat verib.“Mən detallara varmaq istəmirəm”, – deyə Şahbaz Şərif qeyd edib.
10.05.2026, 20:16 İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi