Menyu

Londonda yəhudi icmasına hücum edilib

Operativ Media
Londonda yəhudi icmasına hücum edilib

Böyük Britaniyanın paytaxtı Londonda yəhudi icmasının üzvlərinə qarşı hücum baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Skotland-Yard" bəyanat yayıb.

Məlumata görə, hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb.

Bildirilib ki, onların əlavə tibbi yardıma ehtiyacı olmayıb.

Polis saxlanılan şəxsin Londonun Hornçerç qəsəbəsindən olan 34 yaşlı Dilan Ossey olduğunu açıqlayıb.

Ona insanlara hücum, irqi və dini nifrət zəminində hücum, qorxu və zorakılığa səbəb olan təhqiramiz davranış, eləcə də dini və irqi nifrət motivli təqib daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.

Əlaqəli Xəbərlər