Menyu

Netanyahu: “Hörmüz boğazı ilə bağlı hər şeyi qabaqcadan görmək mümkün deyildi”

Operativ Media
Netanyahu: “Hörmüz boğazı ilə bağlı hər şeyi qabaqcadan görmək mümkün deyildi”

İsrailin Baş naziri Benyamin Netanyahu, əslində, etiraf edib ki, İrana qarşı müharibə başlamazdan əvvəl İsrail və ABŞ Hörmüz boğazındakı vəziyyətin nə dərəcədə ciddi fəsadlar törədə biləcəyini tam dərk etməyiblər.

Operativ Media xəbər verir ki, o, bu barədə bazar günü "CBS News" telekanalına verdiyi müsahibədə bildirib.

İsrailin hökumət başçısından mediada yayılan məlumatları şərh etməsi xahiş olunub. Sözügedən məlumatlara görə, Netanyahu İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl ABŞ tərəfi ilə söhbətlərində iddia edib ki, respublika rəhbərliyi Hörmüz boğazını bağlaya bilməyəcək dərəcədə zəiflədiləcək. Netanyahu isə cavabında: "Bunu dəqiq hesablaya bildiyimizi düşünmürəm, lakin hesab edirəm ki, Hörmüz boğazı problemi hərbi əməliyyatlar gedişatında dərk edildi", – deyə vurğulayıb.

"Vəziyyəti yanlış qiymətləndirdiyimizə əmin deyiləm", – deyən Netanyahu, mövcud vəziyyətin İran üçün "böyük risklər" daşıdığını qeyd edib. O, həmçinin əlavə edib: "Hadisələri mükəmməl şəkildə qabaqcadan gördüyümü iddia etmirəm, heç kim buna qadir deyil. İranlılar da həmçinin".

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını elan edib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbələrə tuş gəlib. İran hakimiyyəti, eyni zamanda, Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.

Əlaqəli Xəbərlər