Menyu

Pakistanda polis məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər həlak olub

Şəfa Hüseynli
Pakistanda polis məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər həlak olub

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində polis postuna edilən hücum nəticəsində 15 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 3 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, partlayıcı maddələrlə dolu avtomobili idarə edən terrorçu Bannu rayonundakı Fateh Khel polis məntəqəsinin yaxınlığında özünü partladıb. Hücum zamanı məntəqədə on səkkiz təhlükəsizlik işçisi olub.

Hücum nəticəsində polis bölməsinin binası tamamilə dağılıb. 

Bölgədə fövqəladə vəziyyət elan edilib.







Əlaqəli Xəbərlər