Menyu

Gürcüstanda yeni patriarx seçkiləri keçiriləcək

Şəfa Hüseynli
Gürcüstanda yeni patriarx seçkiləri keçiriləcək

Tbilisidəki Müqəddəs Üçlük Kilsəsində bu gün Gürcüstanın yeni Katolikos-Patriarxını seçmək üçün genişləndirilmiş kilsə yığıncağı keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Bildirilib ki, mərasimdə Müqəddəs Sinodun üzvləri, eləcə də ölkənin hər yerindən digər ruhanilər iştirak edəcəklər. Ümumilikdə təxminən 1200 nümayəndənin iştirakı gözlənilir.

Yeni patriarx Sinod tərəfindən müəyyən edilmiş üç namizəd arasından seçiləcək: Patriarx Şio (Mujiri), Yepiskop İob (Akiaşvili) və Yepiskop Qriqol (Berbiçaşvili). 


Əlaqəli Xəbərlər