Türk Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən təxliyə edilib
Şəfa Hüseynli
İstanbul-Katmandu reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus təyyarə uçuş-enmə zolağına endikdən qısa müddət sonra şassisində tüstü aşkar edildikdən sonra təxliyə edilib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Airbus A330 təyyarəsi uçuş-enmə zolağına endikdən sonra tüstü çıxdığı müşahidə edilib.
İlkin məlumatlara görə, təyyarənin hidravlik sistemində texniki nasazlıq olduğu bildirilib.