Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirib
Şəfa Hüseynli
Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirib.
Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Sanksiyalar Rusiya Sosial Layihələr Agentliyinin əməkdaşlarına, “Dialoq” qeyri-kommersiya təşkilatının baş direktoru Vladimir Tabak, "Yunarmiya" hərəkatının aparat rəhbəri Vladislav Qolovinə, Gənclər İşləri üzrə Federal Agentliyin rəhbəri Qriqori Qurova, Rusiya İnternet İnkişafı İnstitutuna, Rusiya Gənclər Mühitinin Tədqiqi və Şəbəkə Monitorinqi Mərkəzinə, Sevastopol Dövlət Universitetinə və Yevpatoriyadakı “Zdravnitsa” sanatoriyasına qarşı tətbiq edilib.