Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərində baş verən dəyişiklikləri müsbət qiymətləndirdiyini bildirib.
Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu prosesi obyektiv bir transformasiya adlandıraraq, İrəvanın addımlarının yalnız milli maraqlara xidmət etdiyini və Rusiyaya zərər vermək niyyəti güdmədiyini vurğulayıb.
Paşinyan iki ölkə arasında bəzi narahat məqamların olduğunu söyləsə fə, bu məsələlərin sakit və işgüzar şəraitdə həll olunmalı olduğunu qeyd edib.
O, həmçinin Rusiya Prezidenti ilə qarşılıqlı etimada əsaslanan münasibətlərinin olduğunu və dialoqun hörmət çərçivəsində davam etdiriləcəyini əlavə edib.