Tokayev: Qazaxıstan İranın nüvə məsələsinin həllinə töhfə verməyə hazırdır
Operativ Media
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin İranın nüvə proqramı ilə bağlı məsələlərin həllində kömək etməyə hazır olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti Tokayevin Braziliya xarici işlər naziri Mauro Vieyra ilə görüşündən sonra məlumat verib.
“Dövlət başçısı müvafiq beynəlxalq razılaşmalar əldə edilərsə və bu məsələ praktiki fəaliyyətə çevrilərsə, Qazaxıstanın İranın nüvə məsələsinin həllinə vicdanla töhfə verməyə hazır olduğunu bildirib”, - o, qeyd edib.