Menyu

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Operativ Media
Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, silahlılar bölgədə mühüm yol qovşaqlarından birində hərəkət edən sərnişinlərə pusqu quraraq onlara atəş açıblar.

Hücumun hansı qrup tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nigeriyanın şimal-qərb və mərkəzi bölgələri son illər silahlı qruplaşmaların hücumları səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşir.

Əlaqəli Xəbərlər