Menyu

CNN: Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür

Operativ Media
CNN: Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın bərpası variantını getdikcə daha ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.

Operativ Media xəbər verir ki, CNN telekanalı bu barədə Amerika liderinin adı açıqlanmayan köməkçilərinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Hörmüz boğazının bağlanmasının davam etməsi və İslam Respublikasının Vaşinqtona əhəmiyyətli güzəştlərə getməməsi Ağ Ev rəhbərinin səbrini tükəndirir. ABŞ administrasiyasının rəhbəri Tehranın bu inadkarlığını İran hakimiyyəti daxilindəki fikir ayrılıqları ilə əlaqələndirir.

CNN-in yazdığına görə, Ağ Evdə Tehrana qarşı atılacaq addımlarla bağlı müxtəlif mövqeli qruplar formalaşıb. Administrasiyanın bəzi nümayəndələri İslam Respublikasının mövqelərini zəiflətmək üçün hərbi zərbələri nəzərdə tutan daha aqressiv yanaşmanı dəstəkləyir, digərləri isə diplomatik səyləri davam etdirməyə çağırırlar.

Bundan əlavə, Trampın ətrafındakı bəzi şəxslər ABŞ-İran danışıqlarında vasitəçi olan Pakistanın Vaşinqtonun mövqeyini İrana daha dəqiq çatdırmasını istəyirlər. Ağ Evdə həmçinin hesab edirlər ki, pakistanlı vasitəçilər çox vaxt İranın mövqeyini Vaşinqtona olduğundan daha müsbət şəkildə təqdim edirlər.

Telekanal qeyd edir ki, Amerika liderinin bu həftə Çinə səfərindən əvvəl İranla bağlı hər hansı yekun qərar qəbul edəcəyi ehtimalı azdır.

Əlaqəli Xəbərlər