Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatıb
Şəfa Hüseynli
Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırmasından ölənlərin sayı bu il 190-a çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri məlumat yayıb.
Bildirilib ki, Lassa qızdırması epidemiyası ölkənin müxtəlif ştatlarında yayılmağa davam edir.
Bəyanatda qeyd olunur ki, yanvar ayından bəri ölkədə Lassa qızdırmasından ölənlərin sayı 190-a çatıb.
Ölkədə Lassa virusunun yayılması səbəbindən ölüm nisbəti artmaqda davam edir və ölüm nisbəti ötən ilin eyni dövründə qeydə alınan 19,1 faizdən 25,2 faizə yüksəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net